"Beşiktaş" və "Şaxtyor Donetsk" yoldaşlıq oyununda üz üzə gələcək

Yeni mövsümün hazırlıqlarını Sloveniyada davam etdirən "Beşiktaş" komandası bu gün ilk ciddi sınağını verəcək.

Sportline.az xəbər verir ki, Van Bronkhorstun rəhbərlik etdiyi komanda son Ukrayna çempionu "Şaxtyor" Donetkslə yoldaşlıq oyununda qarşılaşacaq.

"Z'dežele" stadionunda keçiriləcək qarşılaşmanın start fiti 20:30-da səslənəcək.

"Beşiktaş" mövsüm öncəsi ilk hazırlıq görüşündə "Ümraniyespor"la 0-0 hesablı bərabərliyə razı olmuşdu.

Qeyd edək ki, Türkiyə Kubokunun son qalibi "Beşiktaş" növbəti mövsüm Uefa Avropa Liqasında mübarizə aparacaq.