“Beşiktaş” və “Trabzonspor” yarımfinalda
Türkiyə kubokunun 1/4 final mərhələsinə yekun vurulub.
Sportline.az xəbər verir ki, bu gün 2 oyun keçirilib.
“Beşiktaş” “Alanyaspor”u məğlub edib. “Trabzonspor” isə “Samsunspor”u penaltilər seriyasında məğlub edib.
Qeyd edək ki, bunadək “Genclerbirlyi” “Qalatasaray”ı, “Konyaspor” da “Fənərbaxça”nı səddini keçərək yarımfinala yüksəlib.
Yarımfinalda “Beşiktaş” “Konyaspor”la, “Gənclərbirliyi” “Trabzonspor”la qarşılaşacaq. Bu mərhələsinin oyunları mayın 13-də keçiriləcək.
Türkiyə kuboku, 1/4 final
23 aprel
“Samsunspor” – “Trabzonspor” - 0:0 - penaltilər seriyası - 1:3
“Beşiktaş” – Alanyaspor” - 3:0
Qollar: Ture, 17. O.H.Qyu, 83. O.Kökçü, 85.