"Beşiktaş" yeni futbolçu ilə anlaşdı

"Beşiktaş" yeni futbolçu ilə razılığa gəlib.

Sportline.az xəbər verir ki, İstanbul klubu "Bazel"dən ayrılan Kevin Bua ilə nlaşıb. 26 yaşlı yarımmüdafiəçi tibbi baxışdan keçmək üçün tezliklə İstanbula gələcək.

İsveçrəli futbolçu 2016-cı ildə 1,5 milyon avroya "Sürix"dən "Bazel"ə transfer olmuşdu. O, son mövsüm keçirdiyi 29 oyunda 10 qol, 8 assistlə yadda qalıb.