"Beşiktaş" yeni transferə hazırlaşır

Yeni mövsümdə çempionluğu hədəfləyən "Beşiktaş" müdafiə xəttini gücləndirmək üçün hərəkətə keçib.

Sportline.az fotomac.com.tr-yə istinadla xəbər verir ki, istanbullular bu məqsədlə İtaliyaya üz tutublar.

Vaxtilə "Borussiya" və "Qalatasaray"da da forma geyinən Koray Günter "qara qartal"ın hədəfindədir.

"Verona"nın 29 yaşlı mərkəz müdafiəçisi ilə danışıqların başlandığı bildirilir.