"Beşiktaş" "Yuventus"un "qapısını döyüb"

Heyətini gücləndirməyə çalışan "Beşiktaş" hərəkətə keçib.

Sportline.az FotoMaç.com.tr-yə istinadla xəbər verir ki, “qara-qartallar” "Yuvetus"un futbolçusu Daniel Ruqanini transfer etmək niyyətindədir.

İstanbul təmsilçisi dəyəri 3 milyon avro olan oyunçu üçün 2.5 milyon avro pdməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, Ruqani cari mövsümdə “ağ-qara” formanı cəmi 10 dəfə geyinə bilib.