"Beşiktaş"dan "Dinamo"ya
Qazaxıstan milli komandasının üzvü Baktiyar Zaynutdinov “Beşiktaş”dan ayrılıb.
Sportline.az xəbər verir ki, 27 yaşlı müdafiəçi karyerasını Rusiya Premyer Liqasında davam etdirəcək.
Moskva “Dinamo”su onu heyətinə qatıb. Təcrübəli futbolçu ilə 2029-cu ilin yayınadək müqavilə imzalanıb.
Zaynutdinov ötən mövsüm “Beşiktaş”da keçirdiyi 12 oyunda bir məhsuldar ötürmə ilə fərqlənib.
“Dinamo”nun bu keçidə 3 milyon avro ödədiyi bildirilir.
Qeyd edək ki, qazax futbolçu bundan əvvəl Rusiyanin ÇSKA, “Rostov”, Qazaxıstanın “Astana” və “Taraz” komandalarının da formasını geyinib.