“Beşiktaş”dan transferlə bağlı rəsmi açıqlama

“Beşiktaş” Serxio Ramos və Anderson Talisça ilə razılıq əldə edə bilməyib.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, “qara-qartallar” hər iki futbolçu ilə görüşsələr də, maliyyə məsələsində anlaşa bilməyiblər.

Qeyd edək ki, Serxio Ramos hazırda klubsuzdur.

Anderson Talisça isə “Əl-Nəsr” klubunun şərəfini qoruyur.