"Beşiktaş"dan yeni transfer

Yeni mövsümün transfer hazırlıqlarını sürətlə davam etdirən Türkiyənin “Beşiktaş” klubu qapısını daha etibarlı qorumaq üçün növbəti vacib addım atıb. 

Sportline.az xəbər verir ki, İstanbul təmsilçisi “Bavariya”nın formasını geyinən 29 yaşlı alman qapıçı Aleksander Nübel ilə razılıq əldə edib. Tərəflər arasında bütün məsələlərə dair anlaşma təmin edildiyi üçün ulduz qolkiperin İstanbula gəliş saatı da dəqiqləşib. Almaniyalı qapıçının bu axşam saat 19:15-də Türkiyəyə çatacağı və dərhal tibbi müayinədən keçəcəyi bildirilib. 

Qeyd edək ki, ötən mövsümü icarə əsasında “Ştutqart”da keçirən Nübel, meydana çıxdığı 49 rəsmi matçın 14-də qapısını toxunulmaz saxlamağı bacarıb.

Banner