"Beşiktaş"ı "Spartak"a dəyişdi
"Spartak" klubu "Beşiktaş"ın yarımmüdafiəçisi Jedson Fernandeşi heyətinə qatdığını rəsmən elan edib.
Sportline.az xəbər verir ki, futbolçu ilə 2029-cu ilə kimi müqavilə bağlanıb. Jedson yeni komandasında 83 nömrəli forma ilə çıxış edəcək.
"Beşiktaş"ın baş məşqçisi Eduard Qraf bu transferin dəyərinin 27 milyon avro olduğunu açıqlayıb.