"Beşiktaş"ın futbolçusu millidə
“Beşiktaş”ın futbolçusu Kevin Nkudu milli komanda ilə bağlı qərarını açıqlayıb.
Sportline.az xəbər verir ki, Fransa vətəndaşlığı olan yarımmüdafiəçi Qətərdə keçirilən DÇ-2022-də Kamerun seçməsinin formasını geyinəcək.
Ailəsi Kamerundan olan, lakin Fransada doğulan Kevin bu ölkənin aşağı yaş qruplarında da çıxış edib.
Fransanın əsas millisində oynamayan futbolçunun Kamerun millisində çıxış etməsi üçün bir problem yoxdur.