"Beşiktaş"ın futbolçusu Polşa yolunda

“Beşiktaş”ın futbolçusu Xavi Montero karyerasını Polşada davam etdirə bilər.

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, “Polşanın “Legia” klubu ispaniyalı müdafiəçini sonradan trasnfer etmək şərti ilə icarəyə götürmək istəyir.

24-yaşlı müdafiəçi son mövsümü icarə əsasında Almaniyanın “Hamburq” klubunda keçirib.  

Qeyd edək ki, Xavi Montero “Beşiktaş” forması ilə çıxdığı 33 görüşdə 1 qol və 1 asist müəllifidir.