"Beşiktaş"ın futbolçusu Rusiya klublarının hədəfində

"Beşiktaş"ın futbolçusu Baktuyer Zaynutdinov Rusiyanın "Lokomotiv" və "Dinamo" klublarının hədəfindədir.

Sportline.az xəbər verir ki, bu haqda "Türkiye Gazetesi" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Moskva təmsilçiləri qış transfer pəncərəsində onu heyətə qatmağa çalışacaqlar.

"Beşiktaş"ın Zaynutdinovla vidalaşmağa hazır olduğu deyilir.

İstanbul nəhəngi artıq heyətdə yer almaqda çətinlik çəkən futbolçunun xidmətində maraqlı deyil. 

"Qara qartal" onun transfer dəyərini 4 milyon avro kimi müəyyənləşdirib. 

Qeyd edək ki, Zaynutdinov cari mövsümdə meydana çıxdığı iki oyunda fərqlənə bilməyib.