"Beşiktaş"ın futbolçusu yenidən Rusiyaya qayıda bilər

"Beşiktaş"ın qazaxıstanlı futbolçusu Baxtiyar Zaynutdinov karyerasını "Krasnodar"da davam etdirə bilər.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, Rusiya klubu 26 yaşlı futbolçunu icarə əsasında heyətinə qatmaq istəyir.

2023-cü ildən "Beşiktaş"ın şərəfini qoruyan Baxtiyar Türkiyə klubu ilə keçirdiyi 37 oyunda 1 qol vurub. Onun 2027-ci ilə qədər müqaviləsi var.

Qeyd edək ki, transfer dəyəri 5 milyon avro olan yarımmüdafiəçi daha əvvəl Rusiyada ÇSKA-nın formasını geyinib.