"Beşiktaş"ın Kuzyayevə təklifinin detalları

"Beşiktaş" "Zenit"in sabiq futbolçusu Daler Kuzyayevi heyətə qatmaqda israrlıdır.

Sportline.az "Fotospor"a istinadla xəbər verir ki, İstanbul nəhəngi 30 yaşlı yarımmüdafiəçiyə 1,5 milyon avro dəyərində 4 illik müqavilə təklif edib.

Bundan əlavə daha 3 milyon avro bonus nəzərdə tutulub.

Qeyd edək ki, 2017-ci ildən "Zenit"in formasını geyinən Kuzyayevin Rusiya klubu ilə müqaviləsinin müddəti iyunun 30-da başa çatıb.