"Beşiktaş"ın Mandzukiç arzusu suya düşdü
"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri Mario Mandzukiçlə bağlı yekun qərara gəlib. SportLine.az "Tuttosport"a istinadən xəbər verir ki, mütəxəssis növbəti mövsümdə də xorvatiyalı futbolçunu komandasında görmək niyyətindədir.
Xatırladaq ki, "Beşiktaş" M.Mandzukiçin xidmətində maraqlı idi. "Qara qartal" artıq hücumçu ilə ilkin razılıq da əldə etmişdi.