"Beşiktaş"ın növbəti hədəfi
"Beşiktaş" mərkəz müdafiəçisi axtarışlarını İngiltərədə davam etdirir.
Sportline.az fanatik.com.tr-yə istinadla xəbər verir ki, istanbullular "Arsenal"ın futbolçusu Rob Holdinqi transfer etmək istəyindədirlər.
27 yaşlı müdafiəçi ilə danışıqlar aparıldığı bildirilir.
Qeyd edək ki, Holdinq "Arsenal"da keçirdiyi 7 ildə 163 oyuna çıxıb.