"Beşiktaş"ın sabiq oyunçusu Qətər klubuna keçir
"Beşiktaş"ın sabiq yarımmüdafiəçisi Anderson Talişka karyerasını Qətərdə davam etdirəcək.
Sportline.az Al Jazeera-ya istinadla xəbər verir ki, "Əl-Qarafa" klubu 30 yaşlı futbolçunu icarə əsasında heyətinə qatacaq.
Transferin yaxın günlərdə rəsmləşəcəyi gözlənilir.
Talişka bu mövsüm iştirak etdiyi 3 oyunda məhsuldarlıq göstərməyib.
Qeyd edək ki, braziliyalı futbolçunun hazırki klubu "Əl-Nəssr"lə daha 2 il müqaviləsi var.