"Beşiktaş"ın yeni hədəfi
UEFA Konfrans Liqasında "Neftçi"nin rəqibi olan "Beşiktaş" yeni mövsüm üçün heyəti gücləndirmək niyyətindədir.
Sportline.az xəbər verir ki, İstanbul nəhəngi "Marsel"in ukraynalı futbolçusu Ruslan Malinovskinin transferi üçün hərəkətə keçib.
Bu haqda məşhur insayder Fabrisio Romano tvitterdə məlumat paylaşıb.
Onun sözlərinə görə, "Beşiktaş" 30 yaşlı yarımmüdafiəçiyə sərfəli təklif göndərib.
Cavab verməyə tələsməyən Malinovskinin İtaliya A Seriyası və ya İngiltərə Premyer Liqasında oynamaq istədiyi bildirilir.