"Beşiktaş"ın yeni hədəfi

"Beşiktaş" müdafiənin mərkəzindəki problemi həll etmək niyyətindədir.

Sportline.az fanatik.com.tr-yə istinadla xəbər verir ki, istanbullular bu məqsədlə Braziliyaya üz tutblar. 

Baş məşqçi Şenol Güneş "Flamenqo"nun müdafiəçisi David Luizi sərəncamında görmək istəyir.

36 yaşlı futbolçuya 1+1 sistemi ilə müqavilə təklif edildiyi bildirilir.

Qeyd edək ki, David Luizin "Flamenqo" ilə dekabrın 31-dək müqaviləsi var.