"Beşiktaş"ın yoldaşlıq oyunu ləvğ edilib

Yay təlim məşq toplanışını Sloveniyada keçirən "Beşiktaş" komandasının "Dinamo Zaqreb"lə yoldaşlıq görüşü ləvğ edilib.

Sportline.az Beinsports.com-a istinalda xəbər verir ki, buna səbəb Maribor şəhərinə yağan güclü dolu yağışı olub.

Hakimlər meydançanın oyun üçün uyğun olmadığını bildiriblər.

Qeyd edək ki, ötən mövsüm Türkiyə Kubokunu qazanan Beşiktaş 2024/2025 sezonunda Türkiyəni Uefa Avropa Liqasında təmsil edəcək.