"Beşiktaş"la "Fənərbağça"nın oyunu Bakıda keçirilə bilər
Türkiyə Superkubokunun 2011-ci ildə keçirilməli olan və təxirə salınan “Beşiktaş” – “Fənərbaxça” matçı Bakıda təşkil oluna bilər.
Sportline.az xəbər verir ki, bu barədə Türkiyənin tanınmış jurnalisti Ertem Şener öz sosial şəbəkə hesablarında paylaşım edib. O, sözügedən qarşılaşmanın Bakı Olimpiya Stadionunda təşkil olunacağını yazıb.
Qeyd edək ki, 2011-ci ildə oyunun təxirə salınmasına səbəb "Fənərbaxça" rəsmilərinin adlarının danışılmış matçlarda hallanması olub. "Fənərbaxça" həmin il oyun alqı-satqısı iddiasına görə keçirilməyən Türkiyə Superkuboku uğrunda matçın təşkilini tələb edib. İstanbul təmsilçisi bununla bağlı Türkiyə Futbol Federasiyasına müraciət ünvanlayıb.