Beyl "Tottenhem"ə qayıdır
Qaret Beylin "Tottenhem"ə qayıdacağı ilə bağlı xəbərlər səngimək bilmir. SportLine.az "Express"ə istinadən xəbər verir ki, London klubunun baş məşqçisi Maurisio Poçettino da uelslinin transferində maraqlıdır. Onun klub rəhbərliyi ilə bu barədə danışdığı qeyd olunur.
Mövsümün sonunda Q.Beyllə vidalaşmağı düşünən Madrid "Real"ı qış transfer pəncərəsində futbolçunun keçidinə razılıq verə bilər. Bu barədə futbolçunun meneceri danışıb. Onun sözlərinə görə, "Tottenhem" rəsmi təklifə hazırlaşır və bu, "kral klubu"nu razı salsa, Q.Beyl İngiltərəyə qayıdacaq.
Məlumatda futbolçunun da Britaniyaya qayıtmaqda maraqlı olduğu deyilir.
Qeyd edək ki, Q.Beyl 2013-cü ildə "Tottenhem"dən "Real"a keçib.