Beynəlxalq qadınlar günündə kişilər döyüşəcək
Rusiyalı Maqomed Qurbanovla özbəkistanlı İsrail Madrimov WBA versiyası üzrə orta çəkidə dünya çempionu adı uğrunda rinqə çıxacaq.
Sportline.az xəbər verir ki, sözügedən boksçular martın 8-də Ər-Riyadda üz-üzə gələcəklər.
Bu haqda RCC-i məlumat yayıb.
Qeyd edək ki, kəmərin son sahibi amerikalı Cermell Çarloya məxsus olsa da, o, divizionu dəyişdiyinə görə bu addan məhrum edilib.