Biro Jade: Bu cür səhvlərə yol vermək olmaz

“Dörd gün ərzində 3 oyun keçirməliyik. Təcrübəli komandayıq, amma belə turnirlərdə bu cür səhvlərə yer vermək olmaz". SportLine.az xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Biro Jade Bosniya-Herseqovina ilə görüşdən sonra deyib.

Oyunu dəyərləndirən mütəxəssis bunları deyib: "Hesab 4:2 olarkən çox vacib qol imkanlarından yararlana bilmədik. Səhvlərimiz oldu. Lakin indi təhlil aparmaq üçün vaxtımız yoxdur. Qarşıda hələ 2 oyunumuz var. Düşünmürəm ki, bu gün göstərdiyimiz oyun komandamızın maksimum bacarığıdır. Futzalda mövcud olan tendensiya son dünya çempionatında alt-üst oldu. Bütün oyunlarda qələbə qazanmaq üçün var gücünlkə mübarizə aparmalısan”.