Blatter və Platininin müraciəti rədd edildi

FİFA prezidenti Yozef Blatter və UEFA rəhbəri Mişel Platininin apellyasiya şikayətlərinə baxılıb.

SportLine.az "The Guardian"a istinadən xəbər verir ki, Apelyasiya Komitəsi onların müraciətlərini rədd edib.

Blatter və Platininin İdman Arbitraj Məhkəməsinə müraciət edəcəyi gözlənilir. Buradan da rədd cavabı alacağı təqdirdə Platini gələn il keçiriləcək FİFA prezidentliyinə namizəd ola bilməyəcək.

Qeyd edək ki, Etika Komitəsi üzrə Arbitraj Palatasının qəbul etdiyi qərara əsasən  Yozef Blatter və Mişel Platini bütün vəzifələrindən 90 gün müddətinə kənarlaşdırılıb. Hər iki şəxs korrupsiyada təqsirli bilinirlər.