"Blekbern"dən "Tottenhem"ə

"Blekbern"in müdafiəçisi Eşli Fillips karyerasını "Tottenhem"də davam etdirəcək.

Sportline.az klubun rəsmi saytına istinadla xəbər verir ki, 18 yaşlı mərkəz müdafiəçisi ilə 2028-ci ilədək müqavilə bağlanılıb.

Son 6 ili "Blekbern"in akademiyasında keçirən Fillips 2022-ci ildən əsas komandanın üzvü olub.

O, son mövsümdə 14 oyunda meydana çıxıb.