"Boloniya"nın futbolçusu "Qarabağ"a "yox" dedi
Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparacaq "Qarabağ" heyətini gücləndirmək niyyətindədir. SportLine.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Ağdam klubu bu məqsədlə daha bir futbolçu ilə danışıqlar aparıb.
İtaliyanın "Boloniya" kubunda çıxış edən fransalı Antoni Münyenin xidmətində maraqlı olan "köhlən atlar"ın danışığı isə nəticəsiz qalıb.
29 yaşlı futbolçu “Qarabağ”ın təklifini qəbul etməyib.
Qeyd edək ki, “Qarabağ”ın maraq göstərdiyi futbolçu son olaraq icarə əsasında “Atalanta”da çıxış edib.