"Boluspor" pley-off mərhələsində mübarizəni dayandırdı

Millizin üzvü Vüsal İsgəndərlinin də çıxış etdiyi "Boluspor" pley-off mərhələsində mübarizəni dayandırıb.

Sportline.az xəbər verir ki, "Boluspor" pley-off mərhələsinin ilk oyununda "Bodrumspor"a 2-0 hesabı ilə məğlub olaraq Super Liqa ümidlərini itirib.

Yarımfinala yüksələn "Bodrumspor" rəqibi bu gün keçiriləcək "Çorum"-"Kocaelispor" oyununda bilinəcək.

Qeyd edək ki, Türkiyə 1-ci liqasında mövsümü ilk 2 pillədə tamamlayan "Eyupspor" və "Göztepe" elitaya vəsiqəni təmin ediblər.