Bonuççi "Milan"da!
"Yuventus"un futbolçusu - Leonardo Bonuççi klubunu dəyişib. SportLine.az "Tuttosport"a istinadən xəbər verir ki, müdafiəçi "Milan"la razılığa gəlib.
30 yaşlı futbolçu bu gün yeni klubu ilə beş illik müqaviləyə qol çəkib. Onun illik məvacibi 6,5 milyon avro təşkil edəcək.
Qeyd edək ki, transfer "Milan"ı 40 milyon avro xərcə salıb.