“Bormunt” bu futbolçuya görə 45 milyon avro tələb edir
“Bormunt” macarıstanlı futbolçusu Miloş Kerkezin transfer qiymətini açıqlayıb.
Sportline.az “Times Sport” nəşrinə istinadən xəbər verir ki, “Bormunt” Kerkez üçün 45 milyon avro tələb edir.
21 yaşlı müdafiəçin İngiltərə klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.
Qeyd edəki ki, Kerkezlə “Real Madrid” və “Liverpul” yaxından maraqlanır.
O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 32 matçda 2 qol və 6 məhsuldar ötürmə müəllifi olub.