"Bormunt"da ayrılıq
"Bormunt"un niderlandlı futbolçusu Castin Klayvert klubdan ayrıla bilər.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Nyukas Yunayted" Klayverti transfer etmək üçün "Bormunt"la danışıqlara başlayıb.
25 yaşlı futbolçunun transfer qiyməti 30 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Klayvert "Bormunt"un heyətində çıxış etdiyi 25 matçda 12 qol və 5 asistlə yadda qalıb.
Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədərdir.