“Bornmut” “Ştutqart”ın futbolçusunu alır
“Ştutqart”ın almaniyalı sağ cinah vingeri Ceymi Levelinq “Bornmut”a transfer olmağa yaxındır.
Sportline.az “Sky Sports”a istinadən xəbər verir ki, İngiltərə klubu 24 yaşlı futbolçu üçün qarşı tərəfə 35 milyon avro ödəməyə hazırdır.
C.Levelinq Almaniya futbolunun gələcəyi hesab olunur.
Qeyd edək ki, sözügedən oyunçu cari mövsüm meydana çıxdığı 24 matçda 4 qol, 7 asistlə yadda qalıb.