"Bornmut" türkiyəli futbolçu ilə 4 illik müqavilə imzalayıb
2023/2024 mövsümünün qış transfer pəncərəsində "Xetafe"dən "Bornmut"a icarəyə göndərilən Enes Ünal İngiltərə klubunda qalıb.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, "Bornmut" 27 yaşlı futbolçu ilə 4 illik yeni müqavilə imzalayıb.
Enes Ünal bu mövsüm komandası ilə çıxdığı 22 oyunda 2 qol, 4 asistlik performans göstərib.
Qeyd edək ki, təcrübəli futbolçu Türkiyə millisinin AVRO 2024 heyətinə dəvət alıb.