Boro Matan: Azərbaycan millisi favoritdir

“Rəqibimizi qələbə qazanması münasibətilə təbrik edirəm. Birinci hissənin sonuna yaxın bir qədər diqqətsiz davrandıq, konsentrasiyanı itirdik və bu, nəticədə öz əksini tapdı". SportLine.az xəbər verir ki, bu sözləri futzal üzrə Bosniya-Herseqovina millisinin baş məşqçisi Boro Matan Azərbaycanla görüşdən sonra deyib.

Oyunu dəyərləndirən mütəxəssis bunları bildirib: "Məncə, Azərbaycan millisi qrupun favoritidir. Azərbaycan komandasının bütün rəqiblərinə qalib gəlməsi bizim üçün sərfəli olardı. Bu, bizim ikinci yeri tutmaq şansımızı artırar”.