“Borussiya Dortmund” 17 yaşlı futbolçunu heyətinə qatacaq
“Kruzeyro”nun futbolçusu Kaua Prates “Borussiya Dortmund”da transfer olmağa yaxındır.
Sportline.az jurnalist Patrik Bergerin məlumatına istinadən xəbər verir ki, Almaniya klubu oyunçu ilə razılıq əldə edib.
“Dortmund” bu keçid üçün qarşı tərəfə 10 milyon avro ödəyəcək.
Qeyd edək ki, Brazilya U17 millisinin üzvü bu mövsüm meydana çıxdığı 2 matçda 1 qolla yadda qalıb.