"Borussiya Dortmund" yayda əsas futbolçusunu itirə bilər

"Borussiya Dortmund"un stopperi Niko Şlotterberq yayda komandasını dəyişə bilər.

Sportline.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 26 yaşlı mərkəz müdafiəçisinin "Barselona"ya keçidi gündəmdədir.

N.Şlotterberq bu mövsüm meydana çıxdığı 18 matçda 1 qol, 2 asistlə yadda qalıb.

Qeyd edək ki, sözügedən futbolçunun Almaniya klubu ilə sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.