"Borussiya Dortmund"dan "Barselona"ya doğru

"Borussiya Dortmund"un sağ cinah müdafiəçisi Xuliyan Ryerson karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportline.az jurnalist Patrik Bergerin məlumatına istinadən xəbər verir ki, "Barselona" 28 yaşlı oyunçu ilə yaxından maraqlanır.

Ryerson Kataloniya klubuna transfer olmağa isti yanaşır.

Qeyd edək ki, sözügedən futbolçu cari mövsüm meydana çıxdığı 25 matçda 5 asistlə yadda qalıb.