"Borussiya Dortmund"u "Liverpul"a dəyişir

"Borussiya Dortmund"un sağ cinah müdafiəçisi Julian Ryerson "Liverpul"a keçidi gündəmdədir.

Sportline.az jurnalist Florian Plettenberqin məlumatına istinadən xəbər verir ki, Mersisayd klubu transferi bu həftə reallaşdırmaq istəyir.

28 yaşlı futbolçunun dəyəri 20 milyon avrodur.

Qeyd edək ki, J.Ryerson bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 23 matçda 7 asistlə yadda qalıb.