"Monako" yarımfinalda
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsi yekunlaşacaq. SportLine.az xəbər verir ki, keçiriləcək görüşlərdən sonra son yarımfinalçıların da adları müəyyənləşəcək.
Dotrmundda 3:2 hesablı qələbəyə sevinən "Monako" "Borussiya" ilə görüşdə üstünlüyü qorumağa çalışacaq. "Arılar" isə vəziyyəti dəyişmək üçün, ən azı, iki dəfə rəqibi mərkəzə dəvət etməlidir.
19 aprel 2017
Çempionlar Liqası, 1/4 final (Cavab oyunu)
“Monako” (Fransa) – “Borussiya” (Dortmund, Almaniya) - 3:1
QOLLAR: Mbappe, 3 (1:0); Falkao, 17 (2:0); Marko Roys, 48 (2:1); Valere Jermen, 81 (3:1)
Baş hakim: Damir Skomina (Sloveniya)
İlk oyun – 3:2