"Borussiya"dan uğursuz həmlə

"Borussiya Dortmund" "Lion"un fransalı futbolçusu Rayan Çerkini transfer etməkdən imtina edib.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, Almaniya klubunun idman direktoru Kehl jurnalistlərə açıqlamasında bu fikirləri səsləndirib;

"Çerkini transfer etməyi çox istədik. Lakin bu cəhdimiz uğursuz alındı. Biz "Lion" klubu ilə razılaşa bilmədik", - deyə Kehl bildirib.

Qeyd edək ki, "Lion"un rəhbərliyi Çerki üçün 30 milyon avro tələb edir.