Böyük Dəbilqə: Azərbaycan cüdoçusu bürünc medal qazanıb
Azərbaycan cüdoçusu Əhməd Yusifov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Böyük Dəbilqədə bürünc medal qazanıb.
Sportline.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan 23 yaşlı idmançı 3-cü yer uğrunda görüşdə gürcüstanlı Lukum Çxvimianiyə qalib gəlib.
Yusifov dünya çempionu olmuş təcrübəli rəqibinə qalib gələrək, fəxri kürsüyə qalxıb.
Qeyd edək ki, bu gün Böyük Dəbilqədə çıxış edən Azərbaycan yığmasının digər üzvləri Rövşən Əliyev (60 kq), Kamran Süleymanov və Ruslan Paşayev (hər ikisi 66 kq) medal qazana bilməyiblər.