Böyük Dəbilqə: Azərbaycan cüdoçusu bürünc medal qazanıb
Azərbaycan cüdoçusu Leyla Əliyeva Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqə turnirində bürünc medal qazanıb.
Sportline.az xəbər verir ki, 48 kq çəki dərəcəsində çıxış edən idmançı İtaliya təmsilçisi Françeska Milanini ipponla məğlub edib.
Bu gün həmçinin Ruslan Paşayev (66 kq) bürünc medal uğrunda görüşə çıxacaq. O, Birləşmiş Ərəb Əmirliklərindən olan Narmandah Bayanmunh ilə üz-üzə gələcək.