Böyük Dəbilqə: Azərbaycan cüdoçusu qızıI medal qazanıb
Fevralın 4-də Fransanın paytaxtı Paris şəhərində keçirilən Böyük Dəbilqə turnirinin ilk günündə - 60 kq. çəki dərəcəsində yarışan Balabəy Ağayev qızıl medal qazanıb.
Sportline.az xəbər verir ki, Azərbaycan cüdoçusu turnirin finalında fransız idmançı Sedrik Revolu məğlub edib.
Balabəy Ağayev ardıcıl olaraq Matteus Takaki (Braziliya), Tsoqt-Oçir Byambajav (Monqolustan), Temur Nozadze (Gürcüstan) və Kamoliddin Baxtıyarovu (Özbəkistan) geridə qoyub.
Qeyd edək ki, Böyük Dəbilqəyə fevralın 5-də yekun vurulacaq.