Böyük dəbilqə: Daha üç cüdoçumuz mübarizəyə qatılır
Bu gün "Böyük Dəbilqə" turnirində sonuncu yarış günüdür.
Sportline.az xəbər verir ki, bu gün kişilərin mübarizəsində 3 idmançımız tatamiyə çıxacaq.
-90 kq. çəkidə Məmmədəli Mehdiyev, -100 kq. çəkidə Elmar Qasımov və +100 kq. çəkidə Uşanqi Kokauri medallar uğrunda mübarizə aparacaq.