Böyük dəbilqə: Daha üç cüdoçumuz mübarizəyə qoşulur
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqədə bu gün Azərbaycanın daha 3 cüdoçusu mübarizə aparacaq.
Sportline.az xəbər verir ki, onlar çıxışlarına 1/16 final mərhələsindən başlayacaqlar.
73 kq çəki dərəcəsindəki Telman Vəliyev 1/16 final mərhələsində türkmənistanlı İlham Kemalovla üz-üzə gələcək.
81 kq çəkidə yer alan cüdoçulara gəldikdə, Zelim Tçkayev Səudiyyə Ərəbistanından olan Məhəmməd Əlhərbini, Elcan Hacıyev isə qırğızıstanlı Vladimir Zoloyevi sınağa çəkəcək.
Qeyd edək ki, ilk yarış günündə Azərbaycan təmsilçilərindən Turan Bayramov (60 kq) bürünc medal qazanıb. Rövşən Əliyev (60 kq) 5-ci, İbrahim Əliyev (66 kq) isə 7-ci yeri tutub.