Böyük Dəbilqə: Hidayət qızıl, Rüstəm bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Hidayət Heydərov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Böyük Dəbilqədə qızıl medal qazanıb.

Sportline.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən 25 yaşlı idmançı finalda gürcüstanlı olimpiya, ikiqat dünya və üçqat Avropa çempionu Laşa Şavdatuaşvilini qızıl xal bölümündə məğlub edib.

Digər cüdoçumuz Rüstəm Orucov bürünc medal qazanıb. 73 kq çəki dərəcəsində çıxış edən 31 yaşlı idmançı 3-cü yer uğrunda görüşdə kubalı Maqdiel Estradanı yenib.