"Böyük Dəbilqə": İlk gündə 7 cüdoçumuz mübarizə aparacaq
Bu gün Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə "Böyük Dəbilqə" turniri start götürəcək.
Sportline.az xəbər verir ki, ilk gündə Azərbaycanın 7 cüdoçusu 4 çəki dərəcəsində mübarizəyə qoşulacaq.
Kişilər arasında Əhməd Yusifov, Nazir Talıbov (hər ikisi 60 kq), Ruslan Paşayev, Kamran Süleymanov (hər ikisi 66 kq) məşqçilərin etimadını doğrultmalıdırlar.
Qadınlarda isə Leyla Əliyeva (48 kq), Açelya Toprak və Fidan Əlizadə (hər ikisi 57 kq) fəxri kürsüdə yer almağa çalışacaqlar.