Böyük Dəbilqə: Səid Mollayi Azərbaycanın cüdo yığmasında debüt edəcək
Macarıstanın paytaxtı Budapeştdə keçirilən Böyük Dəbilqə turnirində bu gün Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayacaq.
Sportline.az xəbər verir ki, ikinci yarış günündə 73 kq-da Rüstəm Orucov və Hidayət Heydərov, 81 kq-da isə milli komandanın yeni üzvü Səid Mollayi, həmçinin Zelim Tçkayev qüvvəsini sınayacaq.
Artıq idmançıların ilk rəqibləri bəllidir. Orucov braziliyalı Daniel Karnini, Heydərov ABŞ-dan olan Cek Yonezukanı sınağa çəkəcək.
Mollayinin rəqibi Aybol Nissanali (Qazaxıstan) - Atanasios Melonelis (Yunanıstan) cütünün qalibi olacaq. Tçkayev isə startda Zaur Dvalaşvili (Gürcüstan) - Bendequz Demeter (Macarıstan) cütünün güclüsü ilə qarşılaşacaq.
Qeyd edək ki, ilk yarış günündə tatamiyə çıxan 4 Azərbaycan cüdoçusu medal qazana bilməyib.