Böyük Dəbilqə: Səid Mollayidən gümüş medal

Azərbaycan cüdoçusu Səid Mollayi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Böyük Dəbilqədə gümüş medal qazanıb.

Sportline.az xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən idmançı finalda braziliyalı idmançıya uduzaraq gümüş mükafatla kifayətlənib.