Böyük Dəbilqə: Yeganə təmsilçimiz medalsız qaldı
Azərbaycanın qadın cüdoçusu Leyla Əliyeva Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal görüşünə çıxıb.
Sportline.az xəbər verir ki, 48 kiloqram çəki dərəcəsində mübarizə aparan 25 yaşlı idmançının rəqibi cənubi koreyalı Hyekyeong Li olub.
Rəqibinə "ippon"la uduzan Əliyeva beşinci yerlə kifayətlənib.